Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
SOSİAL
16:21 24.06.2024
230

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (ikinci cəhd) nəticələri elan edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq  imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1373 namizəddən 59 nəfəri imtahana gəlməyib. 436 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 246 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

İyunun 23-də keçirilən imtahanda 84 nəfər bu ilin, 106 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 190 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 442 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün  elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 25 iyun saat 10:00-dan 26 iyun saat 17:00-dək müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:59 05.11.2026
Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ
10:50 05.11.2026
FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
10:48 05.11.2026
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Prezident BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
10:40 05.11.2026
Prezident BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
10:34 05.11.2026
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Bu halda gəncləri əsgər aparmaya bilərlər – RƏSMİ
10:24 05.11.2026
Bu halda gəncləri əsgər aparmaya bilərlər – RƏSMİ
"Sabah"ın kapitanı UEFA Çempionlar Liqasında ən çox qurtarış edən ikinci qapıçıdır
09:53 05.11.2026
"Sabah"ın kapitanı UEFA Çempionlar Liqasında ən çox qurtarış edən ikinci qapıçıdır
Şəhid anası faciəvi şəkildə öldü
09:44 05.11.2026
Şəhid anası faciəvi şəkildə öldü
Vətən Müharibəsi Qəhrəmanına "general-mayor" rütbəsi verildi
09:36 05.11.2026
Vətən Müharibəsi Qəhrəmanına "general-mayor" rütbəsi verildi
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
09:23 05.11.2026
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
Anar Rzayevə ağır itki
09:17 05.11.2026
Anar Rzayevə ağır itki
ABŞ Konqresində müsəlmanların sayı rekord həddə çatdı - ADLAR
09:06 05.11.2026
ABŞ Konqresində müsəlmanların sayı rekord həddə çatdı - ADLAR
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
08:57 05.11.2026
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
08:49 05.11.2026
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb
08:43 05.11.2026
“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
08:36 05.11.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb