İlham Əliyev Özbəkistan Prezidentini təbrik etdi

İlham Əliyev Özbəkistan Prezidentini təbrik etdi
SİYASƏT
11:13 01.09.2024
305
Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.

AZXEBER.COM xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Şavkat Miromonoviç,

Əziz Qardaşım,

1 Sentyabr – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün qardaş Özbəkistan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin qətiyyətli liderliyiniz və çoxşaxəli fəaliyyətiniz sayəsində sosial-iqtisadi inkişaf yolu ilə dinamik şəkildə irəliləyən Özbəkistan mühüm uğurlara və nailiyyətlərə imza atmışdır. Bütün bunların təməlində Sizin yorulmaz əməyiniz, rəhbərliyiniz altında aparılan dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Biz qardaş ölkənizin bütün uğurlarına, iqtisadi yüksəlişinə, dünyada və regionda gündən-günə artan nüfuzuna sevinir, bundan qürur hissi duyuruq.

Bir neçə gün əvvəl gözəl ölkənizə həyata keçirdiyim dövlət səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına yeni təkan vermişdir. Dövlətlərarası əməkdaşlığımızı daha da dərinləşdirmək əzminizi yüksək qiymətləndirir, müzakirə etdiyimiz planları ən qısa zamanda reallaşdıracağımıza əminliyimi ifadə edirəm.

Fəxr ilə qeyd etmək olar ki, möhkəm dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Özbəkistan əlaqələri hər keçən gün daha da inkişaf edir və yeni məzmunla zənginləşir. İkitərəfli əlaqələrimizin bütün sahələrdə genişlənməsi və dərinləşməsi möhkəm siyasi iradəyə, qarşılıqlı inam və etimada əsaslanır.

İntensiv xarakter daşıyan ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin nəticəsi olaraq əldə olunmuş mühüm razılaşmalar, müəyyən edilmiş yeni tərəfdaşlıq istiqamətləri, imzalanmış çoxsaylı sənədlər strateji tərəfdaşlığımızın yüksələn xətlə və hərtərəfli inkişaf etdiyinin əyani göstəricisidir.

Əminəm ki, Azərbaycan-Özbəkistan dostluğunun və qardaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli və məsul fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
15:17 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Rusiyalı aparıcı Bakıda - VİDEO
15:06 23.06.2026
Rusiyalı aparıcı Bakıda - VİDEO
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
15:06 23.06.2026
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
15:02 23.06.2026
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
14:59 23.06.2026
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
14:42 23.06.2026
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
14:37 23.06.2026
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
14:33 23.06.2026
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:17 23.06.2026
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
14:02 23.06.2026
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
13:55 23.06.2026
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
13:52 23.06.2026
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
13:34 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
13:31 23.06.2026
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
13:20 23.06.2026
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
13:18 23.06.2026
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR