5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı

5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
SOSİAL
14:37 23.06.2026
138
Paytaxt ərazisində cari ilin ilk 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 5 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

Qeyd olunub ki, statistik göstəricilərdə azalma müşahidə edilsə də, bu növ nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Məlumata görə, iyun ayının əvvəlindən bu günədək sürücülük hüququ olmadan idarə edilən, dövlət qeydiyyat nişanı olmayan, eləcə də normativ tələblər pozulmaqla avadanlıq quraşdırılan və ya konstruksiyasında dəyişiklik edilən 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib.

Həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbirlər görüldüyü bildirilib.

OXŞAR XƏBƏRLƏR