Yay aylarında yüksək temperatur yalnız insanlara deyil, ev heyvanlarına da təsir edir.
AZXEBER.COM xəbər verir ki, isti hava şəraitində pişiklərin sağlamlığını qorumaq üçün bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır.
Mütəxəssislər bildirirlər ki, pişiklərin xüsusilə isti günlərdə daim təmiz və sərin suya çıxışı olmalıdır. Onlar kölgəli və sərin yerlərdə saxlanılmalı, uzun müddət günəş altında qalmasına imkan verilməməlidir.
Həmçinin pişiklərin artıq tüklərdən azad olunması üçün mütəmadi daranması, aktiv oyunların isə günün daha sərin vaxtlarına keçirilməsi tövsiyə olunur.
İsti havalarda heyvanları qəfil soyuq su ilə yumaq məsləhət görülmür. Bunun əvəzinə nəm dəsmalla yüngül şəkildə silmək onların rahatlamasına kömək edə bilər.
Şahanə











































