“Ana erməniyə yalvarırdı ki, hamısını öldürdün, heç olmasa balacanı burax...” – BİR ƏSİRİN HEKAYƏSİ - VİDEO

“Ana erməniyə yalvarırdı ki, hamısını öldürdün, heç olmasa balacanı burax...” – BİR ƏSİRİN HEKAYƏSİ - VİDEO
MÜSAHİBƏ
17:38 23.09.2024
10473

AZXEBER.COM Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilati dəstəyi ilə "Mən evdən uzaqdayamadlı avtobioqrafik müsahibələr silsiləsinin növbəti buraxılışını təqdim edir:

 


Bu günkü qonağımız Xocalı sakini, 6 gün erməni əsirliyində olmuş Ramil Musayevdir.

"Hava dumanlı olduğu üçün 6-7 saatlıq yolda istiqamətimizi itirərək Ağdama yox, Xankəndiyə gəlmişdik". 

- Xoş gəlmisiniz Ramil bəy.

Salam, çox sağ olun.

- Siz sağ olun ki, zamanınızı ayırmısınız və bizim suallarımızı cavablandırmaq üçün gəlmisiniz. İstərdim öncə Xocalıdakı uşaqlıq illərinizdən danışaq.

Mən 1977-ci ildə Xocalıda anadan olmuşam. 1992-ci ilə kimi ailəmlə, qohumlarımla Xocalıda çox xoşbəxt yaşamışıq. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecəyədək atam, qardaşım və əmim oğlu ilə bir yerdə qalırdıq. Anamla bacım helikopterlə daha öncədən Xocalını tərk etmişdilər. Demək olar ki, Xocalıda hər gün atışmalar baş versə də, 25-dən 26-na keçən gecə bu daha da şiddətləndi. Həmin gecə mən yatmışdım, atam məni oyatdı. Atam atışma anında gizlənmək üçün zirzəmi düzəltmişdi. Atışma güclü olduğundan biz gizlənmək üçün həmin zirzəmiyə endik. Dörd bir yandan Xocalıya girən tanklar camaatı qırırdı. Atam çölə çıxıb qapını açdı ki, qonşular da gəlib həmin zirzəmiyə sığınsınlar. Elə bu anda evimizə raket düşdü və ev yanmağa başladı. Şaxtalı havada biz iki saata yaxın həmin zirzəmidə qaldıq. Polis olan dayım yanımıza gəlib dedi ki, Xocalının yuxarı hissəsində yaşayan məsxəti türklərini evləri ilə birlikdə yandırıblar, artıq Xocalıdan çıxmaq lazımdır. Bu sözü eşidəndən sonra orda qalmağımızın heç bir mənası yox idi. Evdən çıxdıq və Xocalının mərkəzi poçtuna tərəf hərəkət etməyə başladıq. Qocaların, körpələrin ah-naləsi bütün Xocalını bürümüşdü. Orda bir az qalandan sonra anladıq ki, artıq şəhərdən çıxmalıyıq. "Qarqar" çayını keçərək meşəyə tərəfə irəlilədik.

- Bir çox Xocalı sakini məhz elə burda vəfat etmişdi...

Bəli! Mən çayı keçəndə suya yıxılmışdım. Su o qədər soyuq idi ki, tir-tir əsirdim. Atam paltarlarımın suyunu sıxıb yenidən mənə geyindirdi və biz yolumuza davam etdik. Səkkiz-on saat yol getdikdən sonra qalxdıq "Kətik" meşəsinin baş tərəfinə. Orda bizi şiddətli atəşə tutdular. Biz inanmazdıq ki, erməni orda pusqu qura bilər. O qədər tələlər, pusqular var idi ki, heç kəsə getməyə aman vermirdilər.

- Bütün bunlara baxmayaraq, siz həmin əraziləri onlardan daha yaxşı tanıyırdınız...

Bəli! Orda atəşə tutulduqdan sonra biz on saata qalxdığımız o yolu geri qayıtdıq və yenidən "Qarqar" çayının sahilinə endik. Həmin gecə yanımızda nə qədər insan şəhid oldu. Gedəndə onları özümüzlə apara bilmədik, elə orda da qaldılar. Məncə, bu günə kimi də onların nəşi oradadır. Çünki həmin yerlərə insan ayağı dəyə bilməz. Hava dumanlı olduğu üçün 6-7 saatlıq yolda istiqamətimizi itirərək Ağdama yox, Xankəndiyə gəlmişdik. Artıq səhər saat beş idi. Biz bu qədər yolu yenidən geri qayıtmalı olduq. İki gün yol gedəndən sonra bir kəndə yaxınlaşdıq. Kimsə bizə öz dilimizdə səsləndi. Düşündük ki, bu hanısa kəndlərimizdən biridir…

 

- Əslində bu erməni kəndi idi?

Bəli! Sevincimiz heç beş dəqiqə çəkmədi. Bizi görən kimi atəşə tutdular. Bu vaxt hərə bir yana qaçdı, pərən-pərən düşdük.

"Onların mənə yaxınlaşdığını hiss edəndə, özümü ölülüyə vurdum ki, bəlkə keçib gedərlər". 

- Siz də atanızdan ayrı düşdüz?

Bəli, atamdan ayrı düşdüm və gözlərimin önündə üç nəfəri güllə ilə vurdular. Bunlardan biri çox cavan yaşda vəfat edən Telman, biri Zəhra xanım, digəri də Mehdi idi. Özünü itirən insanlar kəndə tərəf qaçdı, mən isə əksinə, meşə tərəfə qaçdım. Yolda məni görən Milli Ordunun əsgərləri atamgilin əsir düşdüyünü dedilər və onlarla getməyimi təklif etdilər. Ayağımdan güllə dəymişdi, yaralı olduğum üçün gedə bilmədim. Onlar da 5-6 sutka meşədə ac qalan adamlar idi, məni özləri ilə apara bilmədilər. Mən o halda uzun müddət meşədə qaldım. Elə bilirdim ki, öləcəm. Ermənilər əsir götürdükləri insanları aparıb fermaya salandan sonra, meşəni axtarmağa çıxmışdılar. Yaralı, ölü, diri kim varsa tapıb aparırdılar. Onların mənə yaxınlaşdığını hiss edəndə, özümü ölülüyə vurdum ki, bəlkə keçib gedərlər. Onlarda məni boynumdan tutub sürüyərək gətirib "BMP"- nin içinə atdılar.

- Sağ olduğunuzu anlamışdılar?

Bəli. Erməniyə dedim ki, atam, anam şəhid olub, 6 gündür meşədə ac, susuzam, heç olmasa mənə bir tikə çörək verin. Bunlar məni gətirdilər fermaya. Gözlədim ki, yemək verəcəklər. Onlar isə mənim dırnaqlarımı çəkməyə başladılar. Yeddi-səkkiz dırnağımı çıxardandan sonra içəri girən erməni qadın onlara nə dedisə, davam etmədilər. O qadın otaqdan çıxandan sonra avtomatın ucundakı bıçaqla böyrümdən vurdular. Qanım axa-axa gətirib fermaya atdılar. İçəri girəndə gördüm ki, Xocalının bütün əsirləri, hətta atam, qardaşım, əmim oğlu da ordadı.

- Ona da işgəncə olunmuşdu?

Əlbəttə olunmuşdu. İki sutkadan sonra artıq ayaq barmaqlarım şişdiyindən məcbur qalıb atama hər şeyi dedim.

- Digər əsirlərin vəziyyəti necə idi? Onlar hansı işgəncələrə məruz qalmışdılar?

Toplu halda tutulanlar olduğu kimi gətirib fermaya salsalar da, tək -tək tutulanlara işgəncələr vermişdilər. Məsələn, biz Xankəndi istiqamətindən geri qayıdanda camaat artıq yeriyə bilmədikləri üçün orada da qırılmışdı. Həmin ərazidə dumana düşdüyümüzdən atam qadınların, uşaqların qızınması üçün ocaq qalamışdı. Bu təhlükəli olsa da dumanın olmağı bizə yardım etdi. Mən ayağımı isitmək üçün ocağın üstünə qoymuşdum, amma o qədər donmuşdum ki, ayağımın yandığını hiss eləmirdim. Ocaq sönəndə biz artıq yolumuza davam etməli idik. Təəssüf ki, elə orada da bir neçə nəfər canını tapşırmışdı. Bilirsiz, müharibənin qanunları var. Körpəyə, uşağa, qocaya, qadına qarşı bu qədər qəddarlıq etməyin mənası yoxdur. Düşmən də olsa o, kişi ilə savaşmalıdır.

"Orda gördüyüm elə hadisələr oldu ki, onlar bu günə kimi gözümün önündən getmir".

- Onlar hər biri Azərbaycan dilini mükəmməl bilirdilər. O işgəncələri sizə verən zaman nə deyirdilər?

Onlar bu ərazilərin öz torpaqları olduğunu, bizim onların yurdlarında məskunlaşdığımızı iddia edirdilər. Hətta bizi əsirlikdən azad edəndə də dedilər ki, Ağdamı tərk edin, çünki biz oranı yer üzündən siləcəyik.

- Azad olunduğunuz günü necə xatırlayırsız?

Fermaya gələn ermənilər iki hissəyə ayrılmağımızı istədilər. Orada bizimlə birlikdə əsir düşmüş 13-14 nəfər hərbi geyimli Milli Ordunun əsgəri də var idi. Həmin əsgərlərdən üçü- Əliyar, Zakir və Elşad qardaş idilər. Onların valideynləri də bizimlə birlikdə əsirlikdə olub. Ana erməniyə yalvarırdı ki, mənim beş oğlum olub, onun ikisi ölüb. Üçü də əsirdir. Heç olmasa tutduğun balaca oğlumu (Elşad) qaytar mənə. Hardasa onda Elşadın 19 yaşı olardı. Amma onlar ananı dinləmədilər və 13 nəfəri fermadan kənara çıxartdılar. Anidən hər yeri gülə səsi bürüdü. Onların başına nə gəldiyini isə heç zaman bilə bilmədik. Daha sonra Tofiq də erməniyə dedi ki, mən xəstəyəm, mənə toxunma. Onu da apardılar. İki-üç dəqiqə dayanmadan atəş səsləri eşitdik. Atası, anası fəryad etsə də heç bir xeyri olmadı. Azad olunacağımız gün bizi fermadan çölə çıxartdılar. O zaman atam ermənidən bir xahiş etdi ki, bizi öldürməyə aparırsansa uşaqlarımı mənim gözümün qabağında güllələmə. Erməni bizi dəyişdirmək məqsədilə apardığını dedi. Dörd-beş kilometr yolu bizi Ağdamın Abdalgülaflı kəndi istiqamətinə gətirdilər və oradan da azad etdilər. Hər kəs düşünürdü ki, arxadan atəş açılacaq və hamımızı öldürəcəklər, amma belə olmadı. Bizim əsgərlər də qarşılığında onlara ermənilər vermişdilər. Bütün əsirlərin qaytarılmağında Allahverdi Bağırovun çox böyük rolu olub.

Orda gördüyüm elə hadisələr oldu ki, onlar bu günə kimi gözümün önündən getmir. Bir ananın kürəyində uşaq var idi, ağlayırdı. Yanımızda olan Milli ordunun əsgəri anadan uşağı susdurmasını xahiş etdi. Çünki onun ağlaması bizim yerimizi ələ verə bilərdi və ordakı hər kəsin həyatı təhlükəyə girəcəkdi. Ana uşağı bir neçə dəqiqəlik sinəsinə sıxdı ki, ağlamağı dayansın. O uşaq boğularaq can vermişdi. Ana uşağını sinəsindən açıb qarın üstünə qoydu. Biz beləcə yolumuza davam etdik. Otuz üç ildən sonra həmən fermaya getmişdim. İnanın Allaha, elə bil daşlar da danışırdı. Orda nə qədər güllələnən cavanların nakam həyatları, arzuları, istəkləri qalıb. Oranı yenidən görmək mənə çox pis təsir etdi.

- Artıq bilirsiniz ki, insnalar öz dədə-baba yurdlarına qayıdır. Bu qədər acı yaşadığınız Xocalıda yenidən qayıdıb yaşaya bilərsinizmi?

Son on gündür Qarabağdaydım. Xocalıda, Xankəndidə, Şuşada olmuşam. Bu gün mənə desələr ki, Xocalıya köç, mən gedərəm. Sadəcə Xocalıya girəndə həmin gün gözümün qabağına gəlir və pis oluram. Orda olan körpələrin ağlaşmağı, köməksiz yaralıların naləsini hələ də unuda bilmirəm. Hər tərəfən Xocalıya girən tanklar dayanmadan camaatı qırırdılar. Həmən günü biz də "Qarqar" çayı istiqamətində getsəydik, çox guman ki, bizi də öldürəcəkdilər. Həmin ərazidə ölənlərin çoxu körpə uşaqlar idi, çünki onlar dağa qalxa bilməmişdilər.

- Bu qədər qorxu və stressdən sonra əsirlik həyatı bitdi və siz məcburi köçkün olaraq Xocalını tərk etdiniz. Bundan sonra həyatınız necə dəyişdi?

Əsirlikdən gələndən sonra iki ay yeriyə bilmədim. Həkim dedi ki, ayaqların qanqrena olub, kəsilməlidir. Əmim isə bununla razılaşmadı və məni özü ilə Rusiyaya apardı. Getdim orada müalicə olundum və orada da yaşadım.

- Amma ən çətini yəqin ki, aldığınız mənəvi zərbələr idi?

Əlbəttə! Biz çox zülümlər çəkdik. Masallıdan tanımadığımız bir ailə gəldi, bizi Masallıya apardı, ev verdi. İndi onlar həyatda yoxdular, Allah onlara rəhmət eləsin. Allah xalqımıza bir daha belə pis günlər yaşatmasın.

 

Aysel Hacızadə

Xanlar Əlizadə

Həsən Quliyev

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurası yaradıldı
13:01 07.08.2026
Media və Yayım Şurası yaradıldı
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
12:57 07.08.2026
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:51 07.08.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
12:32 07.08.2026
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
12:14 07.08.2026
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
11:52 07.08.2026
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
11:47 07.08.2026
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
11:29 07.08.2026
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
11:21 07.08.2026
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
11:19 07.08.2026
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
11:06 07.08.2026
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
11:01 07.08.2026
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10:59 07.08.2026
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
10:42 07.08.2026
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
10:36 07.08.2026
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
10:29 07.08.2026
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb