Rəhim Rəhimlinin anım günüdür

MAQAZİN
11:20 30.09.2024
170
Bu gün müğənni, bəstəkar Rəhim Rəhimlinin anım günüdür.
 
AZXEBER.COM xəbər verir ki, onun vəfatından iki il ötür.
 

Qeyd edək ki, Rəhim Rəhimli 1976-cı ilin 28 dekabr tarixində Ağdamda anadan olub. Azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi.

Özünəməxsus tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə yaddaşlarda iz qoyub.

O, 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan” kanalının direktoru işləyib. Sənətçi 2022-ci il, sentyabrın 30-u ürəktutmadan qəflətən vəfat edib.

Allah rəhmət eləsin.


Aysel

OXŞAR XƏBƏRLƏR