Bayram günlərinin havası açıqlandı

SOSİAL
18:10 07.11.2024
125
Azərbaycanda 8-10 noyabr tarixlərində müşahidə ediləcək hava şəraiti açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidromteorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru leysan xarakterli olacağı gözlənilir. Noyabrın 9-da yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir. Bundan başqa, noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR