Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

SİYASƏT
17:22 09.12.2024
329
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İspartada hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı Türkiyə tərəfinə başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə paylaşım edib.

"Qardaş Türkiyənin İsparta şəhərində hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, həlak olanların ailələrinə başsağlığı və səbr diləyirik".

OXŞAR XƏBƏRLƏR