2025-ci ildə bu maşınlar KƏSKİN UCUZLAŞACAQ

2025-ci ildə bu maşınlar KƏSKİN UCUZLAŞACAQ
İQTİSADİYYAT
13:01 09.01.2025
806
Hazırda ölkənin avtomobil bazarında durğunluq müşahidə olunur. Satışa çıxarılan maşınlar çox olsa da, alıcı kütləsi olduqca azdır. Nəzərə çarpan tendensiya arxada qoyduğumuz ilin son rübündən bəri davam edir.

AZXEBER.COM xəbər verir ki, Yenisabah.az 2025-ci ildə Azərbaycanın avtonəqliyyat bazarındakı vəziyyəti araşdırıb.

Elan saytlarında və bazarlarda təklf olunan qiymətləri nəzərə aldıqda, maşınların ötən ilin eyni dövrünə nisbətən xeyli bahalaşdığını görmək olar. Xüsusən, buraxılış ili xeyli köhnə olan və alıcıların ənənəvi müraciət etdiyi "Lada”, "Mersedes” və "Opel” kimi markaların modellərində kəskin qiymət artımı özünü göstərir. Bu isə sözügedən avtomobillərin satışlarına ciddi təsir göstərir.

Realtorların bir çoxu bu ilin ikinci rübünə doğru əksər markaların avtomobillərində kəskin ucuzlaşmanın olacağını deyir. Bazara çox sayıda elektromobil, hibrid maşınların daxil olması və ənənəvi benzin-dizel avtomobillərin qiymətlərindəki bahalaşma alıcı kütləsinə xeyli təsir göstərir.

Artıq müştərilərin bir çoxu irihəcmli dizel və benzin mühərrikli maşınlar almaq yerinə, daha sərfəli və müasir tələblərə cavab verən elektromobillərə daha çox üstünlük verir. Təbii ki, yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulan utiliziya və ölkəyə daxil olan nəqliyyat vasitələrinin buraxılış ili ilə bağlı tətbiq olunan məhdudiyyətlərin də avtomobil bazarına təsir göstərəcəyi istisna deyil.

Şəhərlərdən fərqli olaraq, regionlarda yaşayan alıcılar daha çox Rusiyanın ənənəvi "Lada” markasının maşınlarını almağa üstünlük verirlər. Bu tendensiya artıq uzun illərdir ki, davam edir. Ehtiyat hissələrinin ucuz və əlçatan olması, eyni zamanda bir çox xarici markalara nisbətən daha qeyri-asfalt şəraitinə dözümlü olması "rus maşınları"nın alıcılıq potensialını yüksək edir.

Bu baxımdan 2025-ci il ərzində də "Lada” modellərinin alıcı potensialı stabilliyini saxlayacaq. Lakin buraxılış ili köhnə olan bir çox xarici modellərdə qiymətlərin kəskin ucuzlaşacağını proqnozlaşdırmaq olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib