2025-in ilk əkizləri Naxçıvanda doğuldu

SOSİAL
17:10 01.01.2025
178
Naxçıvan Perinatal Mərkəzdə yeni ilin ilk əkiz körpələri dünyaya göz açıb. 

AZXEBER.COM xəbər verir ki, yanvar 1-də saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı qeysəriyə üsulu ilə əkiz oğlan uşaqları dünyaya gətirib.

38 həftəlik, biri 2,6 kq, digəri 2,3 kq çəkidə doğulan uşaqlar tam sağlamdır.

Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

OXŞAR XƏBƏRLƏR