Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür
SOSİAL
03:04 02.01.2025
455
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, P.Həşimovun dünyaya gəlişindən 50 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Bakı şəhərinin küçələrindən biri də Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
11:09 02.11.2026
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
11:08 02.11.2026
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
11:05 02.11.2026
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
10:47 02.11.2026
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
Qurban Bayramov vəfat etdi
10:39 02.11.2026
Qurban Bayramov vəfat etdi
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
10:37 02.11.2026
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
10:32 02.11.2026
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
10:28 02.11.2026
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
10:18 02.11.2026
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
10:11 02.11.2026
Qaytarıla bilməyən kreditlər bağlanacaq
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
10:03 02.11.2026
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
Novxanıda qəza: 5 nəfər xəsarət aldı
09:57 02.11.2026
Novxanıda qəza: 5 nəfər xəsarət aldı
Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov ABŞ-yə səfər edib
09:55 02.11.2026
Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov ABŞ-yə səfər edib
Bu ölkədə “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır
09:50 02.11.2026
Bu ölkədə “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır
İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
09:41 02.11.2026
İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
İranın xarici işlər naziri Türkmənistana səfər edib
09:39 02.11.2026
İranın xarici işlər naziri Türkmənistana səfər edib