Qəzzada ölənlərin sayı artdı

Qəzzada ölənlərin sayı artdı
DÜNYA
14:19 05.05.2025
311
İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı artıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzzada 32 nəfər ölüb, 119 nəfər yaralanıb.
 
Bununla da Qəzza zolağına həyatını itirənlərin sayı son 24 saatda 32 nəfər artaraq 52 min 567 nəfərə çatıb.

Gülay
OXŞAR XƏBƏRLƏR