2023-cü il oktyabrın 7-dən etibarən soyqırım törədən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı ARTIB.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalarda 106 nəfər ölüb, 367 nəfər yaralanıb.
İsrail ordusunun yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 2651 fələstinlinin həyatını itirdiyi, 7223 nəfərin isə yaralandığı açıqlanıb.
2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 52 min 760 nəfərə, yaralı sayının isə 119 min 264 nəfərə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Gülay