Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri başlayıb. Ukrayna liderinin təyyarəsi Ankaraya enib. O, səfəri çərçivəsində bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.