Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkə hesablarında paylaşım edib.
"Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm, bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salam və sevgilərini çatdırıram”, – deyə o qeyd edib.