Türkiyənin Aralıq dənizində 3,7 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
AFAD Aralıq dənizində 3,7 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb. Zəlzələnin saat 05:49-da qeydə alındığı və 7 km dərinlikdə baş verdiyi müəyyən edilib.
Məlumatına görə, Aralıq dənizində baş verən zəlzələnin episentri dənizin altında olub və yerli vaxtla səhər saatlarında hiss edilib.