Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq
SOSİAL
04:03 03.07.2025
331
Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Babək” hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Siyablı, saat 14:00-dan saat 16:00-dək Mollakənd, Narbağı, Rvo, Şovu, Təngivan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR