Naftalanda mətbuat nümayəndələri ilə görüş keçirilib - FOTOLAR

Naftalanda mətbuat nümayəndələri ilə görüş keçirilib - FOTOLAR
MEDİA
15:22 18.07.2025
265
Milli Mətbuatın yaranmasının 150 illik yubileyi münasibətilə Naftalan Şəhər İcra Hakimiyyətində ölkəmizin aparıcı bir qrup media nümayəndələri ilə görüş keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı, ŞİHB aparatının məsul əməkdaşları, regionun mətbuat nümayəndələri iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Şəhər İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin, vurğulayıb ki, bu il 150 illik yubileyi qeyd olunan Azərbaycan Milli Mətbuatı xalqımızın maariflənməsi, milli ideyaların təbliği və cəmiyyətin formalaşmasında mühüm rol oynamışdır.

Vurğulanıb ki, Şəhər İcra Hakimiyyəti hər zaman kütləvi informasiya vasitələri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verir. Media ilə qurulan bu əməkdaşlıq ictimai rəyin düzgün formalaşdırılması və şəffaf idarəçiliyin təmin olunmasında mühüm rol oynayır.
 
Media nümayəndələrinə Peşə bayramları münasibətilə gələcək fəaliyyətlərində uğurlar arzulanıb. 
 
Çıxış edən mətbuat nümayəndələri diqqətə çatdırıblar ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin azad və maneəsiz fəaliyyət göstərməsi üçün yaradılan əlverişli şəraitdən bəhs ediblər. Onlar qeyd ediblər ki, Azərbaycan mətbuatı dövlət tərəfindən göstərilən ardıcıl və məqsədyönlü dəstək sayəsində davamlı inkişaf yolu keçir. Media sahəsində həyata keçirilən islahatlar, göstərilən yüksək diqqət və qayğı jurnalistlərin peşəkar fəaliyyətinə geniş imkanlar yaradıb. Bu münasibətlə mətbuat nümayəndələri ölkə Prezidenti cənab İlham Əliyevə səmimi minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə Naftalan neftinə və onu dünyada tanıdan Beynəlxalq Turizm Mərkəzi Naftalana həsr olunmuş "Naftalan - Möcüzəni Hiss Et” adlı yeni çapdan çıxmış kitab ilk olaraq mətbuat nümayəndələrinə təqdim olunub.
 
Sonda Milli Mətbuat günü münasibətilə media nümayəndələri Fəxri Fərmanla təltif olunub, xatirə hədiyyələri təqdim edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR