İranda güclü zəlzələ oldu

İranda güclü zəlzələ oldu
DÜNYA
17:40 26.07.2025
163
İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında 4,7 bal maqnitudada zəlzələ baş verib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə IMNA məlumat yayıb.

Məlumata görə, yerli vaxtla 13:40 radələrində meydana gələn zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

İnsan itkisi və dağıntılarla bağlı hələlik məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR