Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
HADİSƏ
20:43 06.08.2025
364
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-patrul xidməti əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Volkswagen” markalı avtomobili idarə edən sürücü E.Məmmədov qaydaları kobud şəkildə pozduğu üçün ona "saxla” işarəsi verilib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

E.Məmmədov barəsində inzibati protokol tərtib edilib.
OXŞAR XƏBƏRLƏR