Azərbaycanda bu gün saat 17:00-a müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində külək əsir.
Bildirilib ki, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 m/s-dək güclənir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir