Cənubi Qafqazda baş verən prosesləri sadəcə izləmirik, bölgədə sülhün təsis olunması üçün atılan addımları dəstəkləyirik.
Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
O bildirib ki, 8 avqustda Vaşinqtonda imzalanan birgə bəyannamənin davamının gələcəyinə ümid edirlər.