Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.