"Partiyanı oğluma necə verə bilərəm, o adam..." — Fəzail Ağamalı hər şeyi danışdı

"Partiyanı oğluma necə verə bilərəm, o adam..." — Fəzail Ağamalı hər şeyi danışdı
SOSİAL
18:06 25.10.2025
5203
Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının qurultayında qalmaqal yaşanıb.

Məlumata görə, qurultayda partiya sədri Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında gərginlik baş verib, mübahisənin hətta əlbəyaxa dava səviyyəsinə çatdığı bildirilir.
 
Savashmedia.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlaqə saxlayıb. Fəzail Ağamalı əlbəyaxa dava iddiasını təkzib etsə də, oğlu Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini etiraf edib:

"Nə dava, elə şey olar, ayıb deyil? Elə bir şey olmayıb. Qurultayda gərginlik yaşandı, bu səbəbdən də qurultay işini qeyri müəyyən zamana qədər təxirə salıb. Növbəti qurultaya qədər isə partiyanın sədri mənəm" Partiyanın Mətbuat Xidmətinin Elçin Ağamalının sədr seçilməsi ilə bağlı yaydığı məlumata isə Fəzail Ağamalının reaksiyası belə olub: "O, necə sədr seçilə bilər ki? Mən istefa verməmişəm.  Ana Vətən Partiyasının Mətbuat Xidməti fəaliyyət göstərmir, o necə belə bir məlumat yaya bilər. Oğlumun niyə belə etdiyinin səbəbini bilmirəm. Bu, mənim üçün ən ağrılı məsələlərdəndir. Onunla dəfələrlə söhbət etmişdim. Düzdür, onun müəyyən zaman kəsiyində müəyyən xidmətləri olub, amma bu adam 2016-cı ildən sonra partiya ilə əlaqələrini tamamilə kəsmişdi. 2020-ci ildə ona partiya işində fəal iştirak etməyə dəvət etsəm də, bundan imtina etdi. Amma son bir ildə birdən-birə ortaya çıxdı və ayrı-ayrı mövzularla bağlı çıxışlar edir". 

Fəzail Ağamalı oğlunun 2024-cü ilə qədər hansısa fəaliyyətinin olmadığını bildirib:  "Amma nədənsə indi iddiasını ortaya qoyub ki, sədr olmalıdır. Axı partiyada xidmətləri ondan da çox olan partiya üzvləri var. Niyə sədr onlar yox, bu olmalıdır? Mənim oğlum olduğuna görə? Mən belə şeyi qəbul etmirəm. Övlad, ailə başqa şeydir, siyasət və partiya idarəçiliyi başqa. Mən qurultayda da Elçinə dedim ki, səni övlad kimi çox sevirəm və oğlum kimi hər əziyyətinə dözməyə hazıram, amma sənin bugünkü yanaşman doğru deyil. İndi əgər o özünü sədr elan edibsə, bu artıq ciddi qanun pozuntusudur". Müsahibimiz 2029-cu ilə qədər partiya sədri səlahiyyətlərinin özündə olduğunu deyib:  "Mən növbəti, 2029-cu ildə baş tutacaq qurultaya qədər sədr səlahiyyətlərini özümdə saxlayıram. Çünki qurultaydakı ab-hava xoşuma gəlmədi. İllərlə mənimlə çiyin-çiyinə gələn şəxslərin qurultaydakı anlaşılmaz mövqeləri məndə təəccüb yaratdı. Gördüm ki, burada nəsə xoşagəlməz proseslər gedir və qurultayda fasilə elan etmək məcburiyyətində qaldım. Qurultayda akkreditasiya olunmamış qonaqlar və çəkiliş qrupları vardı. Biz onlardan soruşanda ki, siz niyə buradasınız, cavab verdilər ki, bizi Elçin müəllim dəvət edib. Bunun da üstünü vurmadım, dedim, eybi yox. İstədim ki, qurultay işinə davam etsin. Amma Elçin özünün qeyri-məhdud ambisiyalarını, iddialarını ortaya qoyanda qərar verdim ki, qurultay bu şəkildə davam edə bilməz. Oğlumun partiya sədri olmağa mənəvi haqqı çatmır. O, 2016-cı ildən partiya ilə bütün əlaqələrini kəsmişdi. Sadəcə aparat rəhbəri kimi hərdən gəlib-gedirdi. Ona çox dedim, qulaq asmadı, axırda onu əmrlə partiyanın aparat rəhbəri vəzifəsindən də çıxartdım. O, siyasətdə özünü tapmayan adamdır, mən partiyanı ona necə verə bilərəm? Özünə də demişəm ki, siyasətdə gərək qatarın dalınca qaçmayasan, qatarın içində olasan".

Partiya sədri növbəti sədr namizədinin isə qızı Günay Ağamalı olduğunu etiraf edib:  "Qızım partiya sədrliyinə tam hazırdır və buna layiqdir. Qızımın fəaliyyəti ilə yaxından tanış olanlar da mənim bu fikrimlə razılaşar".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib
20:17 27.10.2026
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib
Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
20:15 27.10.2026
Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
20:10 27.10.2026
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
20:07 27.10.2026
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
20:02 27.10.2026
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
19:59 27.10.2026
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
19:56 27.10.2026
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
19:53 27.10.2026
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq