Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
SİYASƏT
16:51 07.11.2025
171
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Türkiyə lideri 8 noyabr Zəfər Günü münasibətilə Bakıda keçiriləcək tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək:

"Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimdə iştirak edəcək Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələlər barədə görüşlər keçirməsi də nəzərdə tutulur".
OXŞAR XƏBƏRLƏR