Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
SOSİAL
00:04 08.03.2026
1185
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

AZXEBER.COM xəbər verir ki, qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.

Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Dövlət başçısının təbrikində qeyd ediblib ki, Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərib:

"Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.

Ölkəmizdə tarixən qadının cəmiyyət həyatında fəal iştirakına həmişə rəğbət və hörmətlə yanaşılmışdır.
Azərbaycan qadınlarının bir çox qabaqcıl dünya ölkələri qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etmələri bu mütərəqqi münasibətin ifadəsidir. Ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe və nüfuz sahibi olmuş qadınlarımız təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində bu gün də uğurla çalışmaqdadırlar. Maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir.

Əminəm ki, qadınlarımız gənc nəslin Vətənə və milli ideallara sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizə yeni töhfələr bəxş edəcəklər".

Qeyd edək ki, qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu tarixi Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 4 nəfər son anda ölümdən döndü - VİDEO
15:03 17.09.2026
Bakıda 4 nəfər son anda ölümdən döndü - VİDEO
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı oldu
14:46 17.09.2026
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı oldu
Lionel Messi yenə tarix yazdı – 48-ci kubokunu qazandı
14:35 17.09.2026
Lionel Messi yenə tarix yazdı – 48-ci kubokunu qazandı
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"
14:30 17.09.2026
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu
14:30 17.09.2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
14:29 17.09.2026
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı
14:12 17.09.2026
Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
14:10 17.09.2026
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
Tələbə universitetdən xaric edildi – Dünyada belə hallarda hansı tədbirlər görülür?
14:00 17.09.2026
Tələbə universitetdən xaric edildi – Dünyada belə hallarda hansı tədbirlər görülür?
Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
13:51 17.09.2026
Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Universitetdən xaric edilən tələbəni nə gözləyir? – Təhsilini davam etdirə bilər?
13:31 17.09.2026
Universitetdən xaric edilən tələbəni nə gözləyir? – Təhsilini davam etdirə bilər?
“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”
13:29 17.09.2026
“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”
İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
13:21 17.09.2026
İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
"Əvvəlki Ayla olmaq istəyirəm" - Ağır qəza keçirən müğənni - VİDEO
13:19 17.09.2026
"Əvvəlki Ayla olmaq istəyirəm" - Ağır qəza keçirən müğənni - VİDEO
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
13:11 17.09.2026
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Prezidentlə xanımı Şamaxıya getdi
12:58 17.09.2026
Prezidentlə xanımı Şamaxıya getdi