İbrahim Tatlıses əməliyyat olunacaq

İbrahim Tatlıses əməliyyat olunacaq
MAQAZİN
06:35 09.04.2026
550
İstanbulda Reanimasiya şöbəsində müalicəsi davam edən məşhur türkiyəli müğənni İbrahim Tatlıses əməliyyat olunacaq.

AZXEBER.COM bu barədə "CNN Türk" telekanalına istinadən xəbər verir.

Məlumata görə, sənətçinin şənbə günü öd kisəsindən əməliyyat olunması planlaşdırılır. Həmin vaxta qədər həkimlər İ.Tatlısesin orqanizmindəki kəskin infeksiyanı nəzarət altına almağa çalışacaqlar. Qeyd olunur ki, sənətçi ağır virus infeksiyasına yoluxub.

Xatırladaq ki, məşhur müğənni xaricdəki konsert proqramından qayıtdıqdan sonra İstanbuldakı evində özünü qəfil pis hiss edib və təcili xəstəxanaya yerləşdirilib. Hazırda sənətçinin müalicəsi mütəxəssislər tərəfindən ciddi nəzarətdə saxlanılır.
OXŞAR XƏBƏRLƏR