Bu kəndlərdə qaz kəsiləcək

Bu kəndlərdə qaz kəsiləcək
SOSİAL
20:41 08.06.2026
264
Sabah Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndlərinin təbii qaz təchizatında fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Buna səbəb payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdır.

Məlumata görə, iyunun 9-da saat 10:00-dan etibarən işlər yekunlaşanadək adıçəkilən yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
OXŞAR XƏBƏRLƏR