Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var

Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
SOSİAL
22:48 08.06.2026
195
Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, II və III ixtisas qrupları üzrə ikinci cəhd imtahanı iyulun 5-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 12-də təşkil olunacaq.

Yaz qəbul imtahanlarında ümumilikdə 20 nəfər imtahandan xaric olunub. Onlardan 19 nəfər abituriyentlər, 1-i isə nəzarətçi-müəllimdir.

Belə ki, mayın 24-də II və III ixtisas qrupları üzrə keçirilən imtahan zamanı 9 nəfər imtahandan xaric edilib. Onlardan 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə "ağıllı” saat aşkar olunub.

İyunun 7-də I və IV ixtisas qrupları üzrə keçirilən imtahanda isə 11 nəfər kənarlaşdırılıb. Həmin şəxslərdən 10 nəfərdə mobil telefon aşkarlanıb.

Bundan əlavə, üzərində "ağıllı” saat aşkar edilən bir nəzarətçi-müəllim də imtahandan uzaqlaşdırılıb.

Dövlət İmtahan Mərkəzi baş vermiş faktlarla bağlı araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR