Daşınmaz əmlak bazarinda YENİ TENDENSİYA - VİDEO

Daşınmaz əmlak bazarinda YENİ TENDENSİYA - VİDEO
SOSİAL
23:38 10.06.2026
220
Əvvəllər daşınmaz əmlaka yatırım edənlərin əsas seçimi Bakıdakı mənzillər idisə, son illərdə bu tendensiya dəyişib. Artıq investorlar daha çox bölgələrə, xüsusilə turizm potensialı yüksək olan ərazilərə üstünlük verirlər.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki,həm istirahət,həm də gəlir əldə etmək imkanı seçimə təsir göstərən əsas amillərdəndir.Son illərdə bölgələrdə turizm infarasturkturunun inkişaf etməsi və turist axını həmin ərazilərdə daşınmaz əmlaka marağı artırıb.

Ekspertin sözlərinə görə, həm yaşayış, həm də investisiya məqsədilə seçilən əmlaklar əksər hallarda gözləntiləri tam doğrultmur. Paytaxtda daşınmaz əmlak qiymətlərinin sürətlə artması investisiya üçün tələb olunan vəsaiti yüksəltdiyindən, qoyulan vəsaitin qısa müddətdə geri qayıtmasını çətinləşdirir. Buna görə də insanlar çalışır ki, az xərclə daha tez qazanc götürsünlər.

Onun fikrincə, turizm potensialı və gəlir imkanları bu tendensiyanın yaxın illərdə də davam etməsinə şərait yaradacaq.

OXŞAR XƏBƏRLƏR