Araz Nəsirov vəzifəsindən azad olundu

Araz Nəsirov vəzifəsindən azad olundu
SOSİAL
23:14 10.06.2026
294
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavinlərindən biri öz istəyi ilə vəzifədən azad olunub.

AZXEBER.COM İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Araz Nəsirov TƏBİB-in icraçı direktorunun müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, A.Nəsirov 2022-ci ilin dekabr ayından bu vəzifədə çalışırdı.

O, 2018-2022-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.

A.Nəsirov 2004-2009-cu illərdə "Palmali" Şirkətlər Qrupunun baş analitiki vəzifəsində çalışıb.

2010-2014-cü illərdə Mərkəzi Bankın Maliyyə departamentində böyük mütəxəssis, 2014-2018-ci illərdə "Paşa Sığorta" ASC-nin risk meneceri kimi fəaliyyət göstərib.

1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində Maliyyə menecmenti, daha sonra, 2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı və 2021-ci ildə ABŞ-nin Dyuk Universitetində Layihələrin idarə edilməsi ixtisasları üzrə ali təhsil alıb.
OXŞAR XƏBƏRLƏR