Məşhur müğənni təcili əməliyyat olundu - FOTO

Məşhur müğənni təcili əməliyyat olundu - FOTO
MAQAZİN
15:02 12.06.2026
253
Rusiyalı müğənni və teleaparıcı Olqa Buzova Moskvada təcili əməliyyat keçirib.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçi hamam otağında sürüşərək yıxılıb və diz nahiyəsindən ciddi xəsarət alıb.
 
Güclü ağrılar səbəbindən xəstəxanaya çatdırılan Buzovanın vəziyyəti həkimlər tərəfindən yoxlanıldıqdan sonra əməliyyata qərar verilib.

Bir neçə saat davam edən cərrahi müdaxilədən sonra sənətçinin vəziyyətinin stabilləşdiyi, hazırda isə həkim nəzarəti altında bərpa prosesini davam etdirdiyi bildirilir.

Aysel

 

OXŞAR XƏBƏRLƏR