Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub
DÜNYA
10:26 22.06.2026
235
Ermənistanda 2,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri İcevan şəhərindən 20 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentrində intensivlik 2-3 bal təşkil edib.

Yeraltı təkanlar Tavuş vilayətində, o cümlədən İcevan və Noyemberyan şəhərlərində, həmçinin Koxb, Açacur və Voskepar kəndlərində hiss olunub. Həmin yaşayış məntəqələrində təkanların intensivliyi 2-3 bal olub.
OXŞAR XƏBƏRLƏR