Ermənistanda seçki nəticələri ləğv edilə bilər - Proses başlayır

Ermənistanda seçki nəticələri ləğv edilə bilər - Proses başlayır
DÜNYA
01:42 22.06.2026
174
Ermənistan Konstitusiya Məhkəməsi yeddi partiya və blokun iyunun 7-də keçirilmiş parlament seçkisinin nəticələrinin ləğvi ilə bağlı iddialarını icraata qəbul edib.

Bu barədə məhkəmənin "Facebook" səhifəsində məlumat yayılıb.

"Konstitusiya Məhkəməsi 2026-cı il iyunun 21-də keçirilən işçi iclasında "Güclü Ermənistan" bloku, "Birlik Qanadları" Partiyası, "Demokratiya, Qanun, Nizam-intizam" Partiyası, "Çiçəklənən Ermənistan" Partiyası, "Respublika naminə Demokratiya Müdafiəçiləri İttifaqı" bloku, "Ermənistan" bloku və "Yeni Güc" Partiyasının Ermənistan Respublikasının Milli Məclisinə 2026-cı il iyunun 7-də keçirilmiş növbədənkənar seçkinin nəticələrinin yekunlaşdırılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının qərarına dair müraciətlərini icraata qəbul edib", - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, bütün müraciətlər bir icraatda birləşdirilib və işə iyunun 26-da saat 11:00-da keçiriləcək məhkəmə iclasında baxılacaq.
OXŞAR XƏBƏRLƏR