Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
SOSİAL
21:23 23.06.2026
212
Xırdalan şəhərinin bir hissəsində qaz təchizatında fasilələr yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 24.06.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadək Xırdalan şəhərinin Mehdi Hüseynzadə, Cabir Novruz, Əhməd Cavad, Cəbrayıl Hüseynov, Firudin Köçərli, Rəşid Behbudov küçələrinin, Quşçuluq massivinin və "Mexkalon" ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR