Paytaxtın bu ərazilərində qaz kəsiləcək

Paytaxtın bu ərazilərində qaz kəsiləcək
SOSİAL
22:31 23.06.2026
286
Sabah Bakının bir hissəsində qaz olmayacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, "Qaz İxrac” İdarəsi tərəfindən görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Vulkan, Baksol, 1 May yaşayış massivlərinin, Biləcəri kəndinin, DSK yolunun, Binəqədi şosesinin, 3-cü Mədən ərazisinin bir hissəsinin, A. Zeynallı, M. S. Ordubadi, M. Füzuli və Y. İmanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR