MİQ imtahanlarının vaxtı açıqlandı

MİQ imtahanlarının vaxtı açıqlandı
SOSİAL
20:57 09.07.2026
453
2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı tarixlər elan edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 
AZXEBER.COM-a verilən məlumata görə, sabah gün ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla tanış ola bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.
OXŞAR XƏBƏRLƏR