AZXEBER.COM bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, Səməd Vurğun küçəsi (Füzuli küçəsindən A.A.Bakıxanov küçəsinədək), Nazim Hikmət küçəsi (H.B.Zərdabi-Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək), Sənan Abdullayev küçəsi (Baksol yolu) - (Z.Bünyadov prospektindən S.Abdullayev küçəsi, döngə 1-dək) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
AAYDA aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən anlayış göstərmələri və qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələrini xahiş edir.











































