Xankəndidə güclü yanğın başladı

Xankəndidə güclü yanğın başladı
SOSİAL
21:47 16.07.2026
138
Xankəndi şəhərində güclü yanğın baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən, əvvəllər taxta emalı müəssisəsi kimi fəaliyyət göstərən binada qeydə alınıb.
İlkin məlumata əsasən, yanğın qısa müddətdə geniş əraziyə yayılaraq yaxınlıqdakı binaya da keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Yanğının başvermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR