AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Azərbaycan prospekti, Şıxəli Qurbanov, Zərgərpalan, Süleyman Rəhimov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə və saatlarda Nizami RETSİ-nə daxil olan TM-də görüləcək təmir-təftiş işləri zamanı planlı fasilə Cəmşid Naxçıvanski, Elşən Süleymanov və Məmmədəli Şərifli küçələrinin bəzi ərazilərini əhatə edəcək.











































