Sabah bu ərazilərdə işıq kəsiləcək

Sabah bu ərazilərdə işıq kəsiləcək
SOSİAL
23:31 29.07.2026
125
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 30-da aşağıda adı çəkilən ərazilərdə təmir-təftiş işləri aparılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İnşaatçılar və Nəriman Nərimanov prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Xətai rayonunda saat 09:00-dan saat 17:00-dək cari təmir işləri ilə bağlı Xocalı prospekti, Natiq Əliyev, Fəzail Bayramov, İzzət Orucova, Ayaz İsmayilov və Mehdi Mehdizadə küçələrinin elektrik enerjisi verilişində fasilə olacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR