AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İnşaatçılar və Nəriman Nərimanov prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Xətai rayonunda saat 09:00-dan saat 17:00-dək cari təmir işləri ilə bağlı Xocalı prospekti, Natiq Əliyev, Fəzail Bayramov, İzzət Orucova, Ayaz İsmayilov və Mehdi Mehdizadə küçələrinin elektrik enerjisi verilişində fasilə olacaq.











































