Ehtiyatda olan polkovnik Şahrəddin Balacanov vəfat edib. AZXEBER.COM "oxu.az”a istinadla xəbər verir ki, o, ötən gün dünyasını dəyişib. Şahrəddin Balacanov Qazax rayonunda dəfn olunub. Qeyd edək ki, Ş.Balacanov 1992-ci ildən Azərbaycan Ordusunda xidmət edib. O, Gəncə Şəhər Hərbi Hospitalının rəisi vəzifəsində çalışıb. Birinci Qarabağ müharibəsi veteranı olan Şahrəddin Balacanov Vətən müharibəsindən bir müddət əvvəl səhhəti ilə əlaqədar ehtiyata buraxılmışdı.