Avqustun 3-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gün ərzində şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25, gündüz isə 30-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.