Füzulidə açıq ərazidə yanğın başlayıb

Füzulidə açıq ərazidə yanğın başlayıb
SOSİAL
23:20 03.08.2026
103
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən AZXEBER.COM-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR