AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Cəfər Cabbarlı, Zivər bəy Əhmədbəyov, Məhəmməd Naxçıvani küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Böyükşor qəsəbəsinin bəzi əraziləri saat 09:00-dan 13:00-dək gərginliksiz qalacaq.
Planlı fasilə saat 10:00-dan 13:00-dək Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində Aşağı Ağcayazı, Yuxarı Ağcayazı, Dəhnə kəndləri, Türyançay qəsəbəsi, eləcə də şəhər ərazisində 42-ci məhəlləni, saat 10:00-dan 14:00-dək Qoşaqovaq, Qolqəti, Şəkili kəndlərini əhatə edəcək.










































