Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz
SOSİAL
23:54 08.08.2026
123
Finlandiya vətəndaşlıq müraciəti edənlər üçün Finlandiya cəmiyyətinin işləmə prinsipi ilə bağlı biliklərini yoxlayan bir imtahan tətbiq edəcək.
Bu barədə Finlandiyanın "Yle” yayım şirkəti ölkənin miqrasiya xidmətinə istinadən məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, 2 mart 2027-ci il tarixindən etibarən bütün vətəndaşlıq müraciəti edənlər Finlandiya cəmiyyəti haqqında biliklərini qiymətləndirən imtahandan keçməli olacaqlar. Bununla belə, həmin tarixdən əvvəl müraciət etmiş şəxslər bu imtahan tələbindən azaddırlar.