Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
SOSİAL
11:56 11.08.2026
138
Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 11:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Şahbuzda 11, Gəncədə 6, Daşkəsəndə 5, Kəlbəcərdə 3, Şərurda 2, Sabirabad, Altıağac, Qusar, Zaqatala, Xaltan (Quba), Culfa, Şuşa, Füzuli, Zəngilan, Gədəbəy, Qax, Kişçay (Şəki), Yevlax, Lerik, Cocuqmərcanlı, Goranboy, Göygöl, Naxçıvanda 1 mm-dir.

Avqustun 10-da bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Naftalanda 20, Culfada 19 m/s-yə çatıb.
OXŞAR XƏBƏRLƏR