"Qarabağ"da daha bir itki

"Qarabağ"da daha bir itki
İDMAN
00:09 20.08.2026
160
"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda "Tvente"yə qarşı ilk oyununu buraxa bilər.

AZXEBER.COM Sportal.az-a istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu Misli Premyer Liqasının birinci turunda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib.

Onun bugünkü matçda meydana çıxmaq ehtimalının aşağı olduğu iddia edilir.

"Tvente" - "Qarabağ" matçı avqustun 20-də Ensxededəki "De Qrols Veste" stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Əlavə edək ki, Elvin Cəfərquliyevin "Tvente"yə qarşı oynamayacağı dəqiqdir.
OXŞAR XƏBƏRLƏR