“Bizə İrandan ixrac edilən İslam lazım deyil” - Deputat

“Bizə İrandan ixrac edilən İslam lazım deyil” - Deputat
SOSİAL
16:10 13.10.2026
223
"Vahid məktəbli geyimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tətbiq olunan geyim formasıdır. Bu qərar şagirdlərin diqqətinin dərsə yönəldilməsi və təhsilin keyfiyyətinin artırılması baxımından vacibdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, vahid məktəbli formasının tətbiqini din azadlığının pozulması kimi təqdim etmək düzgün deyil və bu məsələ Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilə bilər:

"Çox təəssüf ki, bu qərarı istismar etməyə çalışırlar. Bunu din azadlığının pozulması kimi təqdim etməyə cəhd göstərirlər. Bunu edən bəzi xarici dövlət institutları Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərirlər. Heç kəs Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Hər ölkənin öz nizamı, öz intizamı var, öz təhsil sistemi, öz dəyərləri var və hər bir xalq öz dini inancını öz milli kimliyi ilə sintez edərək yaşayır. Bu da bizim milli modelimizdir, milli təhsil modelimizdir, milli inanc sistemimizdir.

Biz İslamı özümüz kimi yaşayırıq. Bizə İrandan ixrac edilən və fars şovinizminə xidmət edən İslam lazım deyil. Bizim çox gözəl möminlərimiz var. İslamı farsların təhrifində yox, İslamın həqiqi mənbələrindən birbaşa öyrənirik. Heç kəs Azərbaycanın daxili işlərinə qarışmasa, yaxşı olar”, - deyə deputat vurğulayıb.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR